BKİ Nəticələrinin İzahı
BKİ-nizi anlamaq sizə sağlam çəki diapazonunu tapmağa və ona çatmağın və ya səhiyyə komandanızla birlikdə saxlamağın ən yaxşı yolunu müəyyən etməyə kömək edə bilər.
We have detected that you are located in . Do you want to switch to the local site?
| BKİ | Təsnifat |
|---|---|
| 18.5-dən aşağı | Normadan aşağı çəki |
| 18.5-24.9 | Normal çəki |
| 25-29.9 | Normadan artıq çəki |
| 30-34.9 | 1-ci dərəcə piylənmə |
| 35–39.9 | 2-ci dərəcə piylənmə |
| 40-dan yuxarı | 3-cü dərəcə piylənmə |
*Yaşınız 20-dən azdırsa, bu BKİ kalkulyatoru sizə tətbiq olunmur. Eyni düsturdan istifadə edilərək hesablansa da, BKİ uşaqlar və yeniyetmələr üçün fərqli şəkildə şərh olunur. 20 yaşdan kiçik BKİ haqqında məlumat üçün həkiminizlə məsləhətləşin.
Nəticəniz: 3-cü dərəcə piylənmə
40-dan yuxarı BKİ piylənmədən əziyyət çəkməyinizin göstəricisi ola bilər.
Tövsiyə
40-dan yuxarı BKİ piylənmədən əziyyət çəkməyinizin və çəki ilə əlaqəli digər problemlərlə üzləşmə riski daşıdığınızın göstəricisi ola bilər.
Piylənməni idarə etmək və müalicə etməkdə məqsəd sadəcə arıqlamaq deyil, əksinə sağlamlığı yaxşılaşdırmaq və digər sağlamlıq problemlərinin yaranma riskini azaltmaqdır.
Bu kateqoriyadan olan insanlara təklif edilə biləcək piylənmə üçün elmi cəhətdən sübut olunmuş müxtəlif müalicə seçimləri mövcuddur.
Həkimlər xüsusi ehtiyaclardan, cari sağlamlıq vəziyyətindən və çəki ilə əlaqəli problemlərin mövcud olub -olmamasından asılı olaraq tövsiyələr verirlər.
Müalicələrə aşağıdakılar daxil ola bilər:
Sağlam qidalanma
Müalicə seçimləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz
Artıq çəkili və ya piylənmədən əziyyət çəkən insanlarda ürək xəstəliyi adı ilə bilinən ürək-damar xəstəliyinin (ÜDX) inkişaf riski yüksəkdir.
İnsanda ÜDX-nin inkişaf riskini qiymətləndirmək üçün həm BKİ, həm də bel çevrəsi-boy nisbətindən (BBN) istifadə edilsə də, BBN yüksək qan təzyiqi və yüksək xolesterol kimi ürək-damar risk faktorlarının daha güclü hesablama üsulu hesab olunur.
BKİ-dən insanın boy və çəki göstəriciləri əsasında onun çəki kateqoriyasını
göstərmək üçün istifadə edilir. Digər tərəfdən BBN nisbətindən insanın boyuna və bel çevrəsinə əsasən onun bədən yağlarının paylanmasını ölçmək üçün istifadə edilir. WHtR nisbətinin ölçülməsi vacibdir, belə ki, qarın ətrafında yığılan artıq miqdarda yağ xüsusən ürək xəstəliyinin artan inkişaf riski ilə əlaqəlidir.
Həm öz BKİ-nizi, həm də BBN nisbətinizi bilmək çəkinizi idarə etmək üçün tədbirlərin görülməsinin zəruri olub-olmadığını anlamaqla ürək sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər.
Öz bel çevrəsi-boy nisbətinizi hesablamaq və bunun nə demək olduğunu öyrənmək üçün buraya klikləyin.
Həkim xüsusi ehtiyaclardan, cari sağlamlıq vəziyyətindən və çəki ilə əlaqəli problemlərin mövcud olub -olmamasından asılı olaraq tövsiyələr verə bilər.
Müalicələrə aşağıdakılar daxildir:
Əgər BKİ-niz artıq çəki və ya piylənmə aralığında olduğunuzu göstərirsə, daha sağlam çəkiyə malik olmaq üçün dəyişikliklər etməyin vaxtı çatmış ola bilər. Çəkinizə bir sıra amillər təsir edə bilər, odur ki, siz çəkinizi müxtəlif yollarla idarə etməyə çalışa bilərsiniz. Elə bu gün dəyişiklik etmək məqsədilə nə edə biləcəyini görmək üçün aşağıdakı bölməyə klikləyin.
Arıqlamaq üçün mükəmməl pəhriz yoxdur. Lakin çəkinizi idarə etməyə və yenidən kökəlmənin qarşısını almağa kömək edə biləcək elmi cəhətdən sübut olunmuş üsullar var. Yediyiniz yeməkləri məhdudlaşdırmaq üçün ekstremal tədbirlər əvəzinə diqqətinizi sağlam çəkini idarə etməyə yönəldin. Piylənmənin müalicəsi üçün aşağıda bəzi pəhriz nümunələri verilmişdir:
Sağlam qidalanma üsulları ilə başlamaq, eləcə də çəkinizi daha yaxşı idarə etmək üçün qidalar seçmək barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Kökəlmənin və arıqlamanın bir çox səbəbləri var və bəzən onlar bizim hisslərimizlə əlaqəli olur.
Bəzi insanlar çətin vəziyyətlərdən çıxmaq və hisslərini sakitləşdirmək üçün qidadan istifadə edirlər. Özünü daha yaxşı hiss etmək üçün qidalanma emosional qidalanma adlanır, məhz buna görə də biz bəzən pəhriz məsləhəti əvəzinə psixoloji dəstəyə ehtiyac duyuruq.
Stres qidalanma vərdişinizi də dəyişdirə və sizdə piylənmənin inkişaf riskini daha da artıra bilər. Həyatınızda stresi idarə etməyi öyrənmək öz çəkinizi idarəetmə planınıza daxil edə biləcəyiniz strategiyalardan biridir. Stresinizi və çəkinizi idarə etmək üçün 8 məsləhəti öyrənin.
Arıqlamaq və çəkinizi idarə etmək üçün müntəzəm olaraq məşq etmək çox vacibdir. Çəkinizi idarəetmə planınızın mümkün qədər effektli olduğundan əmin olmaq üçün gündəlik rejiminizə aerobika və müqavimət məşqlərini daxil etməyi nəzərdən keçirin. Həmçinin, siz ümumiyyətlə daha çox hərəkət etməlisiniz.
Yeni məşq proqramına yaxşı start vermək üçün buradakı məsləhətlərlə tanış olun.
Çox az yatmaq hormonlarınıza təsir edə bilər ki, bunlar da daha sonra qidalanma rejiminizə və rasionunuza təsir edə bilər. Daha yaxşı yatdıqda sağlam seçimlər etmək və cəlbedici qidalara müqavimət göstərmək ehtimalı yüksəkdir. Yuxu vərdişlərinizi yaxşılaşdırmaq üçün bu tövsiyələrə əməl edin:
Orqanizminizin yuxuya getməsi və beyninizin ehtiyacları barədə daha çox məlumatı buradan əldə edə bilərsiniz.
BKİ-nizi hesablamaq sağlamlığınıza nəzarət etmək üçün yaxşı ilkin addım olardı. Lakin, təkcə BKİ sağlamlıq barədə tam təsəvvür yaratmır. Piylənmə ilə əlaqədar, xüsusən də ürəyin sağlamlığı ilə bağlı sağlamlıq risklərini daha yaxşı anlamaq üçün Bel nisbəti-boy nisbətinizi hesablayın.
Artıq çəki və ya piylənmə ilə yaşamaq yüksək ölüm riski və digər xəstəliklər və ya vəziyyətlər ilə əlaqəlidir. Ümumiyyətlə, BKİ göstəriciniz nə qədər yüksəkdirsə, aşağıdakı piylənmə ilə əlaqəli xroniki xəstəliklərə tutulma ehtimalınız bir o qədər çox olur:
BKİ bədən yağı ilə əlaqəli xəstəliklər riskini yoxlamaq üçün yaxşı yoldur. Artıq çəki və ya piylənmə ilə yaşamaq yüksək ölüm və digər xəstəliklər və ya vəziyyətlərin baş vermə riski ilə əlaqədardır. Ümumiyyətlə, BKİ göstəriciniz nə qədər yüksəkdirsə, aşağıdakı piylənmə ilə əlaqəli xroniki xəstəliklərə tutulma ehtimalınız bir o qədər çox olur:
Əgər bu xəstəliklərdən hər hansı biri və onların BKİ ilə necə əlaqəli olması barədə məlumat almaq istəyirsinizsə, həkiminizlə məsləhətləşin.
BKİ sadə və effektiv ölçüdür, lakin müəyyən hallarda və bəzi insan qrupları üçün yanlış təsəvvür yarada bilər. Tədqiqatlar göstərir ki, BKİ-nin dəqiqlik dərəcəsi yaşlı insanlarda, idmançılarda, uzun və ya qısa boylu insanlarda və daha əzələli bədən quruluşuna malik insanlarda xəstəlik riskini proqnozlaşdırmaqda nisbətən aşağıdır. Məsələn, elit idmançılar və ya bodibilderlər daha çox əzələyə və daha çox çəkiyə malikdirlər ki, bu da onların BKİ göstəricisini daha yüksək edir.
BKİ aşağıdakıları da nəzərə almır:
Unutmayın ki, "normal" çəkidə olmaq sağlamlığın göstəricisi olmadığı kimi, piylənmə ilə yaşamaq da həmişə sağlam olmadığınızı göstərmir. Sizin BKi-niz sizi müəyyən etmir, lakin öz BKİ-nizi bilmək və anlamaq öz sağlamlığınıza nəzarət etmək üçün güclü bir vasitə ola bilər.
BKİ-dən asılı olmayaraq, həkimlər sağlam qidalanmağı və sağlam həyat tərzi sürməyi tövsiyə edirlər. Çəkiniz və sağlamlığınız, eləcə də hansı tədbirlərin görülməsinin zəruri ola biləcəyi barədə həkiminizlə məsləhətləşin.
KZ26OB00001
KZ26OB00001