Piylənmə ürək xəstəliyinə səbəb olurmu və riski necə azaltmaq olar?
Piylənmənin ürək xəstəliyinin inkişaf riskini necə artıra biləcəyini və riskinizi azaltmaq üçün həkiminizlə necə işləyə biləcəyinizi öyrənin
We have detected that you are located in . Do you want to switch to the local site?
Bədən Kütlə İndeksi (BKİ) bədən yağının dolayı göstəricisi kimi istifadə edilən hesablama vasitəsidir. Bədən Kütlə İndeksi, boy və çəki göstəricilərinə əsasən hesablanır və nəticələr "normadan aşağı çəki"dən, "3-cü dərəcə piylənmə"yə qədər müxtəlif qruplar üzrə kateqoriyalaşdırıla bilər.
Kq-la ifadə edilmiş çəkinizi metrlə ifadə edilmiş boyunuza bölmək və nəticənizi BKİ qrupları ilə müqayisə etmək üçün BKİ kalkulyatorundan istifadə edə bilərsiniz. Boyunuzu və çəkinizi daxil edin və nəticələrinizi aşağıdakı cədvəldə yoxlayın. Ətraflı məlumat üçün BKİ qrupunun üzərinə klikləyin.
| Təsnifat | BKİ |
| Normadan aşağı çəki | 18.5-dən aşağı |
| Normal çəki | 18.5-24.9 |
| Normadan artıq çəki | 25-29.9 |
| 1-ci dərəcə piylənmə | 30-34.9 |
| 2-ci dərəcə piylənmə | 35–39.9 |
| 3-cü dərəcə piylənmə | 40 və daha yuxarı |
*Təsnifat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdim edilib. Bu BKİ kalkulyatoru yaşı 20 və daha çox olan böyüklər üçün nəzərdə tutulub. Yaşınız 20-dən azdırsa, öz BKİ-niz barədə həkiminizlə məsləhətləşin. BKİ təsnifatı ÜST-nın BKİ təsnifatına əsaslanır.
BKİ bədən yağı ilə əlaqəli xəstəliklər riskini yoxlamaq üçün yaxşı yoldur. Artıq çəki və ya piylənmə ilə yaşamaq yüksək ölüm və digər xəstəliklər və ya vəziyyətlərin baş vermə riski ilə əlaqədardır. Ümumiyyətlə, BKİ göstəriciniz nə qədər yüksəkdirsə, aşağıdakı piylənmə ilə əlaqəli xroniki xəstəliklərə tutulma ehtimalınız bir o qədər çox olur:
Əgər bu xəstəliklərdən hər hansı biri və onların BKİ ilə necə əlaqəli olması barədə məlumat almaq istəyirsinizsə, həkiminizlə məsləhətləşin. Arıqlamanın sağlamlıq üçün faydaları barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
BKİ sadə və effektiv ölçüdür, lakin müəyyən hallarda və bəzi insan qrupları üçün yanlış təsəvvür yarada bilər. Tədqiqatlar göstərir ki, BKİ-nin dəqiqlik dərəcəsi yaşlı insanlarda, idmançılarda, uzun və ya qısa boylu insanlarda və daha əzələli bədən quruluşuna malik insanlarda xəstəlik riskini proqnozlaşdırmaqda nisbətən aşağıdır. Məsələn, elit idmançılar və ya bodibilderlər daha çox əzələyə və daha çox çəkiyə malikdirlər ki, bu da onların BKİ göstəricisini daha yüksək edir.
BKİ aşağıdakıları da nəzərə almır:
Unutmayın ki, "normal" çəkidə olmaq sağlamlığın göstəricisi olmadığını kimi, piylənmə ilə yaşamaq da həmişə sağlam olmadığınızı göstərmir. Sizin BKi-niz sizi müəyyən etmir, lakin öz BKİ-nizi bilmək və anlamaq öz sağlamlığınıza nəzarət etmək üçün güclü bir vasitə ola bilər.
BKİ-dən asılı olmayaraq, həkimlər sağlam qidalanmağı və sağlam həyat tərzi sürməyi tövsiyə edirlər. Çəkiniz və sağlamlığınız, eləcə də hansı tədbirlərin görülməsinin zəruri ola biləcəyi barədə həkiminizlə məsləhətləşin.
Artıq çəkili və ya piylənmədən əziyyət çəkən insanlarda ürək xəstəliyi adı ilə bilinən ürək-damar xəstəliyinin (ÜDX) inkişaf riski yüksəkdir.
İnsanda ÜDX-nin inkişaf riskini qiymətləndirmək üçün həm BKİ, həm də bel çevrəsi-boy nisbətindən (BBN) istifadə edilsə də, BBN yüksək qan təzyiqi və yüksək xolesterin kimi ürək-damar risk faktorlarının daha güclü hesablama üsulu hesab olunur.
BKİ-dən insanın boy və çəki göstəriciləri əsasında onun çəki kateqoriyasını
göstərmək üçün istifadə edilir. Digər tərəfdən BBN nisbətindən insanın boyuna və bel çevrəsinə əsasən onun bədən yağlarının paylanmasını ölçmək üçün istifadə edilir. BBN nisbətinin ölçülməsi vacibdir, belə ki, qarın ətrafında yığılan artıq miqdarda yağ xüsusən ürək xəstəliyinin artan inkişaf riski ilə əlaqəlidir.
Həm öz BKİ-nizi, həm də BBN nisbətinizi bilmək çəkinizi idarə etmək üçün tədbirlərin görülməsinin zəruri olub-olmadığını anlamaqla ürək sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər.
Öz bel çevrəsi-boy nisbətinizi hesablamaq üçün buraya klikləyin.
KZ26OB00001
KZ26OB00001