Go to the page content

BKİ Nəticələrinin İzahı

PİYLƏNMƏNİN İDARƏ OLUNMASI

Bədən Kütləsi İndeksi (BKİ), yetkin şəxslərdə az çəki, artıq çəki və piylənməni təsnif edən boya görə çəki indeksidir. Bədəndəki yağ miqdarının ölçülməsi üçün bir vasitə kimi istifadə olunur. BKİ kiloqramla ölçülən çəkinin metrlə ölçülən boyun kvadratına bölünməsi ilə hesablanır (BKİ dəyərləri kq/m2 vahidi ilə ifadə olunur və bu məqalədə qeyd olunan bütün BKİ dəyərləri bu vahid ilə ölçülür). Müxtəlif BKİ kateqoriyaları mövcuddur və onlar aşağıda ətraflı şəkildə izah olunmuşdur .

5 dəq
Women working on the laptop

Şəkil nümunədir

Normadan aşağı çəkili BKİ aralığı

BKİ nəticəsi: 18.5-dən aşağı

Bu kateqoriyaya daxil olanlar normadan aşağı çəkili kimi müəyyən edilir.

Normadan aşağı çəkili olmaq kifayət qədər qidalanmamağınızın və ya hər hansı tibbi vəziyyətin əlaməti ola bilər. Əgər normadan aşağı çəkilisinizsə, əlavə qiymətləndirmə üçün həkiminizlə əlaqə saxlayın.

Normal çəkili BKİ aralığı

BKİ nəticəsi: 18.5 və 24.9 aralığında

Tibb ictimaiyyəti çəkinizi bu aralıqda saxlamağınızı tövsiyə edir.

Normadan artıq çəkili BKİ aralığı

BKİ nəticəsi: 25 və 29.9 aralığında

Bu kateqoriyaya daxil olan insanlarda piylənmənin inkişafı riski ola bilər.

Həmçinin digər sağlamlıq problemlərinin yaranma və ya mövcud sağlamlıq problemlərinin zamanla pisləşməsi riski də ola bilər.  Avropa və Amerika klinik təlimatlarına əsasən, böyüklərdə piylənmənin idarə olunması üçün BKİ aralıqlarına görə aşağıdakı tövsiyələr verilir.

BKİ nəticəsi: 25-26.9

Çəki ilə əlaqəli sağlamlıq problemi (məsələn, yüksək qan təzyiqi və ya yüksək xolesterin) olmayan insanlara əlavə çəki artımının qarşısını almaq üçün sağlam qidalanma və fiziki aktivliyin artırılması tövsiyə olunur.

BKİ nəticəsi: 27-29.9
Bu aralıqda olub eyni zamanda çəki ilə əlaqəli sağlamlıq problemləri olan şəxslərə həyat tərzinin dəyişdirilməsi ilə birlikdə çəki azaltmaq və zərurət olduqda dərman müalicəsini nəzərdən keçirmək tövsiyə olunur.

Sağlamlıqla bağlı edilmiş dəyişikliklərə sadiq qalmaq çəki itkisinə, sağlamlığın yaxşılaşmasına və həyat keyfiyyətinin yüksəlməsinə gətirib çıxara bilər.

Piylənmənin təsnifatı

BKİ diapazonlarına əsasən piylənmənin üç sinfi var:

TəsnifatBKİ
 I dərəcə 30.0–34.9
 II dərəcə 35.0–39.9
 III dərəcə 40-dan yuxarı

BKİ aralıqları bədəndə olan artıq piyin şəxsin sağlamlığı, ömrünün uzunluğu və çəki ilə əlaqəli sağlamlıq problemlərinin yaranma riski üzərindəki təsirinə əsaslanır.

BKİ nəticəsi: 30.0 və ya yüksək
BKİ-i 30 və ya daha yüksək olan insanlar piylənmədən əziyyət çəkə bilərlər.

Səhiyyə təşkilatları artıq piylənməni çoxşaxəli çəki itkisi müalicəsi yanaşması ilə müalicə edilən xroniki, lakin idarəolunan bir xəstəlik kimi tanıyırlar.

BKİ piylənmə sayılacaq həddə qədər irəlilədikdə, müəyyən xroniki xəstəliklərin risk faktoru da artır.

Daha yüksək BKİ (30-a bərabər və ya daha çox) bir neçə tibbi vəziyyətlə statistik olaraq əhəmiyyətli əlaqələrə malikdir. Bu vəziyyətlərə ürək-damar xəstəlikləri, tip 2 diabet, osteoartrit və müxtəlif xərçəng növləri daxildir, lakin bunlarla məhdudlaşmır.

BKİ təkbaşına piylənmə diaqnozu qoymaq üçün kifayət deyil, lakin bunun əvəzinə sağlamlıq risklərini müəyyən etmək üçün istifadə edilə bilər.

BKİ-i 30 və ya daha yüksək olan insanlara piylənmənin idarə olunması üzrə ixtisaslaşmış həkimə müraciət etmələri tövsiyə olunur.

Piylənmə üçün elmi cəhətdən sübut olunmuş müxtəlif müalicə seçimləri mövcuddur. Müalicə seçimləri şəxsin spesifik ehtiyaclarından, hazırkı sağlamlıq vəziyyətindən və çəki ilə əlaqəli sağlamlıq problemlərinin mövcudluğundan asılıdır.

Müalicələr aşağıdakı seçimlərin birləşməsini əhatə edə bilər:

*Bariatrik cərrahiyyə BKİ-i 40 və ya daha çox olan yetkin şəxslər və ya BKİ-si 35-dən yuxarı olan və çəki ilə əlaqəli yanaşı xəstəlikləri olan yetkin şəxslər üçün nəzərdə tutulub.

Bildiriş: Bu məlumatlar səhiyyə xidməti göstərən mütəxəssisin məsləhətini əvəz etmir. Sağlamlığınızla bağlı hər hansı bir sualınız varsa, ailə həkiminizlə və ya başqa bir ixtisaslı səhiyyə xidməti göstərən şəxslə əlaqə saxlamalısınız.

BKİ niyə vacibdir?

Piylənmə tibbi diqqət tələb edən xroniki xəstəlikdir. Əksər əhali qrupları üçün normadan artıq çəkili olmaq və ya piylənmə (BKİ 25-ə bərabər və ya daha çox) ölüm və yanaşı xəstəliklərin yaranma riskinin artması ilə əlaqələndirilir.

Piylənmə ilə bağlı müayinələr zamanı BKİ üçün müəyyən edilmiş hədlər nəzərə alına bilər. Piylənmə həmçinin gələcəkdə tibbi məsləhət tələb edə biləcək potensial sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Ümumiyyətlə, piylənmə və ya piylənmə ilə yaşama kateqoriyasına daxil olan BKİ aralığında göstərici nə qədər yüksəkdirsə, piylənmə ilə əlaqəli aşağıda qeyd olunmuş xroniki xəstəliklərin yaranma ehtimalı da bir o qədər artır:

  • Tip 2 diabet
  • Ürək-damar xəstəliyi
  • İnsult
  • Yüksək qan təzyiqi
  • Sonsuzluq
  • Depressiya və narahatlıq
  • Koronar ürək xəstəliyi
  • Dislipidemiya
  • Alkoqolsuz piyli qaraciyər xəstəliyi (NAFLD)/Alkoqolsuz steatohepatit(NASH)
  • Qastroezofageal reflüks xəstəliyi (QERX)
  • Metabolik sindrom (MetS)
  • Sidik qaçırma
  • Obstruktiv yuxu apnesi və tənəffüs problemləri
  • Xroniki böyrək xəstəliyi
  • Xərçəngin müxtəlif növləri: o cümlədən, döş, yoğun bağırsaq, endometrial, qida borusu, böyrək, yumurtalıq və mədəaltı vəzi xərçəngi,  lakin bunlarla məhdudlaşmır
  • Diz osteoartriti
  • Öd daşı xəstəliyi
  • Tromboz
  • Podaqra
  • Sağlam BKİ-yə malik olanlarla müqayisədə ölüm riskinin artması

Əgər bu xəstəliklərdən hər hansı biri və onların BKİ ilə əlaqəsi sizi narahat edirsə, əlavə məlumat və müayinə üçün həkiminizə müraciət edin.

Müxtəlif etnik mənşəli insanlar üçün BKİ-nin izahı

Sübutlar göstərir ki, yağın bədəndə paylanması və bədən tərkibi müəyyən etnik qruplar arasında fərqlidir.

Müəyyən etnik mənşəyə mənsub insanlarda eyni BKİ-yə malik başqa etnik mənşədən olan insanlarla müqayisədə sağlamlıq riskləri daha yüksək və ya daha aşağı ola bilər.

Bu o deməkdir ki, bəzi qruplar, məsələn, tip 2 diabet və ya ürək xəstəliyi kimi piylənmə ilə əlaqəli xəstəliklərin inkişafına daha çox meylli ola bilər . Buna görə də, genetikanızdan asılı olaraq, artıq çəki ilə bağlı daha böyük sağlamlıq riskləri ilə üzləşə bilərsiniz.

Bu faktlar etnik mənşəyə əsaslanan xüsusi BKİ hədd dəyərlərinin təklif edilməsinə səbəb olmuşdur.

Məsələn, bəzi Asiya əhalisi üçün daha aşağı BKİ hədd dəyərləri təklif edilmişdir. Misal olaraq, İndoneziya, Sinqapur və Honq Konq Çin əhalisi üçün keçid dəyərlərinin 3 vahid azaldılması təklif olunur.

Bunun səbəbi, Asiya əhalisinin daha aşağı BKİ ilə daha yüksək miqdarda bədən piyinə sahib olmağa meyilli olmasıdır. Nəticədə, digər əhali qrupları ilə müqayisədə yanaşı sağlamlıq problemlərinin yaranma riski daha yüksəkdir.

Aşağıdakı bölmədə qeyd olunan tədqiqatlar BKİ ilə müxtəlif etnik mənşələr arasındakı əlaqələri əks etdirir. Bu amillər sizin üçün hərəkətə keçməyin doğru olub-olmadığını müəyyən edərkən nəzərə alına bilər.

Cənubi Asiya etnik qrupu və BKİ (Hindli, Banqladeşli, Pakistanlı)

Sinqapur əhalisinin tərkibini təşkil edən hindli, malay, çinli və avropoidləri müqayisə edən bir tədqiqatda, eyni BKİ səviyyəsində hindlilərin bədən piy faizi ən yüksək olmuşdur. Daha yüksək bədən piy faizi isə ürək-damar xəstəlikləri üçün risk faktorlarının artması ilə əlaqələndirilmişdir.

Hindistan əhalisində BKİ 26 olan şəxslərdə bədən piyinin miqdarının BKİ 30 olan və piylənmə həddində sayılan avropoidlərlə eyni olduğu göstərilmişdir.

Aparılan bir tədqiqat avropoid, çinli və Aborigen etnik qrupları ilə müqayisədə Cənubi Asiya əhalisinin bədən piyinin yağsız bədən kütləsinə nisbətinin daha yüksək olduğunu müəyyən etmişdir. Bu, Cənubi Asiya əhalisinin diabet riskinin artdığını göstərir.

Böyük Britaniyada yaşayan Cənubi Asiya mənşəli əhalidə koronar ürək xəstəliyi və insult hallarına avropoidlərə nisbətən daha çox rast gəlinir. Həm koronar ürək xəstəliyi, həm də insult bədən piyinin miqdarı və  paylanması ilə əlaqəlidir.

Şərqi Asiya etnik qrupu və BKİ (Çinli, Tayvanlı, Yapon, Koreyalı)

Şərqi Asiya əhalisi üzrə aparılan bir tədqiqat göstərmişdir ki, 25 və ya daha yüksək BKİ-ə malik olan şəxslərdə, eyni BKİ üçün qəbul edilən standart istinad diapazonu ilə müqayisədə, ürək-damar xəstəlikləri, koronar ürək xəstəliyi və insultdan ölüm riski daha yüksəkdir.

Tayvan əhalisi üzərində aparılan tədqiqatda, BKİ-nin 25-dən çox və ya ona bərabər olduğu hallarda ölüm riskinin əhəmiyyətli dərəcədə artdığı müşahidə edilmişdir. Bu nəticələr Şərqi Asiya əhalisində piylənmənin fərqli şəkildə müəyyən edilməsinin vacibliyini dəstəkləyir və BKİ-nin hədd nöqtəsini 5 vahid azaldaraq 30-dan 25-ə endirir.

Eynilə, məlumatlar  Yaponiya əhalisi üçün piylənmənin BKİ≥25 kimi təsnif edilməli olduğunu göstərmişdir.

Tədqiqatlar göstərir ki, müəyyən bir BKİ üçün Asiya əhalisinin bədən piy faizi avropalılara nisbətən daha yüksəkdir. Asiya əhalisi arasında tip 2 diabet, hipertenziya və hiperlipidemiya kimi yanaşı xəstəlik riski də yüksəkdir. 

Cənub-Şərqi Asiya etnik qrupu və BKİ (Vyetnamlı, Taylandlı, Filippinli, İndoneziyalı, Malayziyalı)

Tayland əhalisi üzərində aparılan bir tədqiqatda bel çevrəsi ölçüsünün BKİ ilə müqayisədə diabet üçün daha yaxşı bir proqnostik göstərici olduğu müəyyən edilmişdir. Bu, ehtimal ki, BKİ ilə ölüm riskləri arasındakı əlaqəni qiymətləndirən tədqiqatların əksəriyyətinin Avropa əsilli populyasiyalar (avropoidlər) üzərində aparılması ilə bağlıdır.

Sinqapurda aparılan çoxetnik bir tədqiqata əsasən Malay əhalisinin bədən piy faizi eyni BKİ-yə malik olan avropoidlərə nisbətən daha yüksək olmuşdur. Məlumatlar göstərmişdir ki,  avropoidlərdə BKİ 30 səviyyəsində müşahidə olunan orta bədən piy miqdarı malaylarda BKİ 27 olduqda da müşahidə edilə bilər.

Kaliforniyada Cənub-Şərqi Asiya əhalisi üzərində aparılan tədqiqatlar filippinli və vyetnamlı amerikalıların tip 2 diabetdən əziyyət çəkmə ehtimalının avropoidlərə nisbətən xeyli yüksək olduğunu göstərib. Bu  səbəbdən, bu cür populyasiyalar artıq çəkili olmağın/piylənmənin tip 2 diabet üçün risk faktorlarını artıra biləcəyini nəzərə almalıdırlar.

Sakit Okean adalıları etnik qrupu və BKİ

Bəzi Sakit Okean adalarında yaşayan populyasiyaların bədən piy faizi eyni BKİ-yə malik olan avropoidlərlə müqayisədə daha aşağıdır, lakin bu hal "Sakit Okean adalıları" kimi təsnif edilən bütün əhali üçün səciyyəvi deyil.

Bir tədqiqat artıq çəkili və ya piylənmədən əziyyət çəkən Sakit Okean adaları sakinlərində hipertenziya olma ehtimalının, avropoid əhaliyə nisbətən xeyli yüksək olduğunu göstərib.

Bütün BKİ kateqoriyalarında yerli havaylıların diabet xəstəliyinə tutulma ehtimalının avropoid əhaliyə nisbətən 3 dəfə çox olduğu göstərilmişdir

Latino (o/a) və Hispan etnik qrupu və BKİ

Bir tədqiqat eyni BKİ-yə malik meksikalıların avropoidlərlə müqayisədə daha çox ümumi bədən piyinə və daha az skelet əzələsinə sahib olduqlarını müəyyən etmişdir.

Digər bir tədqiqatda Meksika əsilli amerikalılarda piylənmənin avropoidlərlə müqayisədə daha çox yayıldığı, lakin piylənmə ilə əlaqəli hipertenziyanın daha az yayıldığı müəyyən edilmişdir.

Eynilə, ABŞ-da Latın Amerikalı əhali üzərində aparılan tədqiqatlar göstərmişdir ki, BKİ kateqoriyasından asılı olmayaraq onların avropoidlərlə müqayisədə diabet xəstəliyindən əziyyət çəkmə ehtimalı ən azı iki dəfə daha yüksəkdir.

Hispan/Latino populyasiyaları üzərində aparılan müxtəlif tədqiqatlar, xroniki xəstəliklərin ehtimalını proqnozlaşdırmaq üçün BKİ və bel çevrəsi ölçüsünün hədd səviyyələrinin etnik əhaliyə xas olmalı olduğunu irəli sürmüşdür.

Qaradərili etnik qrup və BKİ

ABŞ-da populyasiyalar arasında BKİ fərqləri 40-79 yaşlı qadınlar arasında qara və ağdərili əhali üzrə ölüm göstəricilərindəki fərqin təxminən  30%-ni təşkil edir.

Avropoid populyasiyalarda BKİ 25 olduqda müşahidə edilən tip 2 diabet riski qaradərili populyasiyalarda daha aşağı BKİ səviyyələrində (21-23 aralığında) müşahidə edilmişdir. Avropoidlərdə BKİ 30 olduqda görülən ekvivalent diabet riski isə qaradərili əhalidə 0,1-4 vahid daha aşağı BKİ (26-29,9) səviyyələrində qeydə alınmışdır. 

Orta Şərq etnik qrupu və BKİ

Səudiyyə Ərəbistanında aparılan bir tədqiqat Səudiyyə Ərəbistanı və güman ki, ərəb əhalisi arasında piylənmə diaqnozunda mövcud BKİ həddindən (≥30) istifadənin məhdudiyyətini vurğuladı. Tədqiqat bu əhalidə piylənmə ilə əlaqəli sağlamlıq risklərini dəqiq əks etdirmək üçün piylənmə üçün BKİ başlanğıc həddini 27-yə endirməyi təklif etdi.

İsveçdə aparılan bir tədqiqatda müəyyən edilmişdir ki, piylənmədən əziyyət çəkən avropoidlərin BKİ 30 səviyyəsində diabet riski  BKİ 28.5 olan İraqlı kişilərdə və BKİ 27.5 olan İraqlı qadınlarda müşahidə edilən diabet riski ilə eynidir.

Bu, tip 2 şəkərli diabetin əsas təyinedicilərindən biridir və eyni BKİ səviyyəsində iraqlı əhali üçün avropoidlərə nisbətən daha yüksək risk olduğunu göstərir.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində əhalini müşahidə edərkən tədqiqatçılar piylənmədən əziyyət çəkən qadınların diabetönü, diabet və dislipidemiya riskinin daha yüksək olduğunu müəyyənləşdiriblər. Eyni populyasiyada piylənmədən əziyyət çəkən kişilərdə yüksək qan təzyiqi olma ehtimalı daha yüksək idi.

Ağdərili/Avropoid etnik qrup və BKİ

Araşdırılan ağdərili/avropoid populyasiyalarda yüksək BKİ ilə əlaqəli ölüm riski eyni BKİ səviyyələrində qaradərili populyasiyalarla müqayisədə daha yüksək olmuşdur.

Tədqiqatçılar ağdərili/avropoid əhali arasında piylənmə ilə əlaqəli koronar ürək xəstəliyi, insult və ürək xəstəlikləri riskinin daha yüksək olduğunu qeyd etmişlər.

Xüsusi populyasiyalarda BKİ

Bəzi hallarda BKİ yanıldıcı ola bilər. Tədqiqatlar BKİ-in bəzi insan qrupları üçün xəstəlik risklərini daha az dəqiqliklə proqnozlaşdıra bildiyini  göstərir:

  • Yaşlılar
  • İdmançılar
  • Hündür və ya qısa boylu insanlar
  • Daha çox əzələ kütləsi olan bədən növləri

Məsələn, elitar idmançılar və ya bodibilderlər kimi bəzi əhali qruplarında yüksək BKİ onların sağlamlıq vəziyyəti ilə birbaşa əlaqəli olmaya bilər. Onların artan əzələ kütləsi və buna əsasən də çəkisi də BKİ-ni artırır.

Aşağıdakı cədvəldə orta bədən piyi faizlərinin müəyyən qruplara və kateqoriyalara görə necə fərqləndiyi göstərilir:

 Təsvir Kişi Qadın
 Əsas piy 2 - 5 % 10 - 13 %
 İdmançılar 6 - 13 % 14 - 20 %
 Fitnes 14 - 17 % 21 - 24 %
 Qəbul edilən 18 - 24 % 25 - 31 %
 Piylənmə >25 % >32 %

BKİ & cins

Hal-hazırda qadınlar və kişilər üçün fərdi BKİ hesablanması yoxdur.Buna baxmayaraq, cins BKİ hesablamalarında nəzərə alınmasa da, cinslər arasındakı fizioloji fərqlər müəyyən bir BKİ-də risk dərəcəsində fərq yarada bilər.

Kişilər:
Çəki paylanması cəhətdən kişilərin qarın da daxil olmaqla, yuxarı bədəndə piy toplamağa meyilli olduqları müəyyənləşdirilib.

Kişilərdə qarın piylənməsi və visseral piyin daha yüksək konsentrasiyası daha yüksək ürək xəstəliyi və tip 2 diabet  riskinə gətirib çıxarır.

Qadınlar:
Qadınlarda bədən piyinin faizi kişilərə nisbətən daha yüksək olsa da, qadınlarda piy kütləsi adətən omba və qalça nahiyəsində paylanır.

Piyin paylanmasındakı fərqlərə görə, eyni və ya oxşar BKİ səviyyəsində qadınlarda piylənmə ilə əlaqəli yanaşı xəstəlik riski kişilərlə müqayisədə  daha aşağı ola bilər.
 

BKİ & yaş

Yetkin şəxslərdə BKİ hesablamaları yaşı nəzərə almır. Lakin tədqiqatlar göstərir ki,  piylənmə hər yaşda ölüm riskini artırsa da, bu əlaqə 50 yaşdan aşağı olan insanlarda daha güclüdür.

Uşaqlıqda sürətli çəki artımının yeniyetməlik və yetkinlik dövründə daha çox çəki artımına səbəb olduğu göstərilmişdir. Bu səbəbdən uşaqlıqda çəki artımı yetkinlik dövründə piylənmənin güclü bir göstəricisidir. Bir tədqiqat piylənmədən əziyyət çəkən uşaqların 40%-nin piylənmədən əziyyət çəkən yetkin şəxslərə çevrildiyini göstərir.

BKİ böyüklərlə müqayisədə uşaqlar və yeniyetmələr üçün fərqli şəkildə şərh olunsa da, artan sübutlar BKİ təlimatlarının yetkin əhali üçün də yaşa spesifik olmalı olduğunu göstərir.

Uşaqlar & yeniyetmələr

Uşaqlarda və yeniyetmələrdə BKİ-in şərhi həm yaşa, həm də cinsə görə spesifikdir. Buna səbəb qızlar və oğlanların fərqli sürətlə inkişaf etməsi və bədən piyinin yeniyetməlik dövrü kimi inkişaf dövrlərində dəyişməsidir.

Uşaqlıq dövründə piylənmənin Tip 2 diabet, dislipidemiya və yuxu apnesi kimi müxtəlif piylənmə ilə əlaqəli xəstəliklərin güclü bir proqnozlaşdırıcısı olduğu göstərilmişdir. Piylənmədən əziyyət çəkən uşaqların psixoloji gərginlik yaşama ehtimalı da daha yüksəkdir. Buraya özünəinamın aşağı olması, təşviş pozğunluqları və depressiv simptomlar daxil ola bilər.

Əgər çəkisi ilə əlaqədar olaraq uşağınızın sağlamlığından narahat valideynsinizsə, çəki idarə olunması və mümkün müalicə variantları  üçün həkiminizlə məsləhətləşin. 

Yaşlı yetkinlər

Bədənimizin tərkibi təbii olaraq yaş artdıqca dəyişir. Bədən piyinin artmasının statistik olaraq yetkinlik dövründə baş vermə ehtimalı yüksəkdir, ümumi əzələ kütləsi isə yaş artdıqca azalır.

Əzələ kütləsi və gücü fiziki aktivliyin qorunması üçün vacib hesab olunur.

Tədqiqatlar standart BKİ hesablamalarından istifadə edərkən, yaşlı əhali arasında "normal" çəki aralığı ilə müqayisədə normadan bir qədər artıq çəkinin ölüm riskinin azalması ilə əlaqələndiyini göstərir.

Standart BKİ hesablaması yaşlı şəxslərdə artıq bədən piy miqdarını olduğundan ya az, ya da çox göstərə bilər. Buna görə də, yaşlılarda bədən yağının ölçülməsi üçün bel çevrəsi ölçüsü kimi qiymətləndirmələr daha yaxşı seçim kimi tövsiyə edilmişdir.

Piylənmənin diaqnozu

Piylənmənin diaqnozu yalnız BKİ-nin ölçülməsi ilə məhdudlaşmamalıdır. Buna baxmayaraq, BKİ piylənmənin idarə olunmasından sonra sağlamlığında yaxşılaşmalar olacaq insanları müəyyən etməyə kömək edə bilər.

Diaqnostik testlər tez-tez metabolik problemləri aşkar etmək və müalicə variantlarını fərdiləşdirmək məqsədi ilə ilkin piylənmə qiymətləndirmələri zamanı təyin olunur. Müayinələr adətən müxtəlif növ laborator analizləri əhatə edir:

  • HbA1C
  • Böyrək funksiyası üçün elektrolit testləri (kreatinin, eGFS)
  • Ümumi xolesterin, HDL və LDL xolesterin, triqliseridlər
  • Alanin aminotransferaza (ALT)
  • Yaşa uyğun xərçəng müayinəsi

Bu testlərdən əlavə, səhiyyə işçiləri piylənmənin əsas səbəblərini anlamaq üçün hərtərəfli diaqnostik yanaşma tətbiq edə bilərlər. Hərtərəfli yanaşma piylənməyə səbəb olan potensial amilləri aşkar etməyi və buna uyğun olaraq fərdiləşdirilmiş müalicə proqramı təqdim etməyi hədəfləyir.

Piylənmə üçün hərtərəfli diaqnozlar haqqında daha çox məlumat əldə etmək üçün həkiminizə müraciət edin.

Bel çevrəsi ölçüsü ilə müqayisədə BKİ

Sağlamlıq haqqında daha yaxşı anlayışa malik olmaq üçün BKİ ilə yanaşı digər diaqnostika və ölçmələr də aparıla bilər (məsələn, bel çevrəsi ölçüsü).

Bel çevrəsi ölçüsü qarın piyinin dolayı ölçüsüdür, BKİ isə ümumi bədən piyinin göstəricisidir. Bu səbəbdən bel çevrəsi ölçüsü piylənmə ilə əlaqəli sağlamlıq risklərinin, məsələn, yanaşı xəstəlik və ölüm hallarının daha dəqiq ölçüsü kimi göstərilmişdir.

Tədqiqatçılar şəxsin sağlamlıq risk faktorlarını daha dəqiq qiymətləndirmək üçün bel çevrəsi ölçüsünün BKİ ilə birlikdə istifadə edilməsini tövsiyə edirlər.

BKİ-dən asılı olmayaraq sağlamlığınızla bağlı narahatlıqlarınız varsa, həkiminizlə məsləhətləşməlisiniz.

Bel çevrəsi ölçüləriniz aşağıdakılardan biridirsə və ya ondan çoxdursa, çəki idarəetmə proqramları müvafiq ola bilər:

  • Kişilər: 94sm (37in) və ya daha çox
  • Qadınlar: 80sm (31.5in) və ya daha çox

Bel çevrəsi ölçülərinizin daha yüksək olması daha yüksək sağlamlıq riski ilə əlaqələndirilir. Bel çevrəsi ölçüləriniz aşağıdakı kimidirsə, piylənmə müalicə proqramlarını nəzərdən keçirməyi istəyə bilərsiniz:

  • Kişilər: 102sm (40in) və ya daha çox
  • Qadınlar: 88sm (34.5in) və ya daha çox 

Daha yüksək BKİ-yə sahib olmaq və sağlam olmaq mümkündür?

Adətən, piylənmədən əziyyət çəkən insanlar metabolik sindrom kimi bilinən müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirlər.

Yüksək BKİ olan insanların əksəriyyəti üçün metabolik sindromun skrininqi tövsiyə olunur.

Bu zaman piylənmə ilə əlaqəli aşağıdakı metabolik risk faktorları qiymətləndirilir:

  • Bel çevrəsi ölçüsü
  • Yüksək triqliserid səviyyələri
  • HDL xolesterinin (‘yaxşı’ xolesterin) səviyyələri
  • LDL  xolesterinin (‘pis’ xolesterin) səviyyələri
  • Yüksək qan təzyiqi
  • Yüksək qan şəkəri

Metabolik sindrom diaqnozu qoyulması üçün ən azı üç metabolik risk faktoru mövcud olmalıdır. Beləliklə, metabolik sindrom bir-biri ilə əlaqəli vəziyyətlər toplusudur və ürək xəstəliyi, tip 2 şəkərli diabet və insult riskini artıra bilər. 

Piylənmə ilə yaşayarkən metabolik cəhətdən sağlam olmaq

Piylənmə ilə piylənməyə bağlı fəsadlar arasındakı əlaqə güclüdür, lakin mütləq deyil.

Piylənmədən əziyyət çəkən bəzi insanlarda metabolik sindrom müşahidə olunmur və yüksək BKİ-lərdə məhdud sağlamlıq risklərinə malik ola bilirlər. Bu qrup metabolik cəhətdən sağlam, piylənməsi olan şəxslər kimi müəyyən edilir.

Bu şəxslərdə metabolik sindromdan əziyyət çəkən digər piylənməsi olan pasiyentlərlə müqayisədə diabet və ürək xəstəliklərinin inkişaf riski daha azdır.

Lakin, klinik qaydalar piylənmə ilə yaşayan metabolik cəhətdən sağlam insanların "tibbi cəhətdən sağlam" hesab edilə bilməyəcəyini göstərir. Onlarda ölüm riski ilə yanaşı, depressiya, bel ağrısı və yuxu apnesi kimi metabolik olmayan problemlərin riski daha yüksəkdir.

Metabolik risk faktorlarının olmamasına baxmayaraq, bir tədqiqat, piylənməsi olan metabolik cəhətdən sağlam insanların 10 il ərzində metabolik anomaliyalar inkişaf etdirmə ehtimalının olduğunu müəyyən etmişdir. Bu isə onların gələcəkdə sağlam olmayan metabolik vəziyyətə keçmə riskinin davam etdiyini göstərir.

Əgər özünüzdə piylənmə ilə əlaqəli xroniki xəstəlik simptomları müşahidə etmirsinizsə, metabolik risk faktorlarınızı qiymətləndirmək üçün həkimə müraciət etməyiniz tövsiyə olunur. 

Daha sağlam həyat tərzi sürmək bu risk qrupunda olan şəxslərə tibbi ağırlaşmaların qarşısını almağa və əlavə çəki artımından yayınmağa kömək edə bilər.

BKİ-in tarixi

BKİ 19-cu əsrin ortalarında belçikalı riyaziyyatçı Lambert Adolphe Jacques Quetelet tərəfindən yaradılmışdır.

Həkim olmamasına baxmayaraq Quetelet sosial ortalamalar anlayışını təqdim etdi. O, ilk dəfə "Quetelet İndeksi" kimi bilinən bir indeksdə çəki və boy arasındakı əlaqəni qeyd etdi.

Keys və digərləri daha sonra bu ölçünü məşhurlaşdırdılar, onu Bədən Kütləsi İndeksi kimi təsvir etdilər və populyasiya əsaslı tədqiqatlarda təsnifat kimi istifadə etdilər.

BKİ müasir tibbi praktikalara, xüsusən də piylənmə nisbətlərinin artdığı Qərb cəmiyyətlərində qəbul edilmişdir.

BKİ-in məhdudiyyətləri

BKİ, həkim və ya sağlamlığından narahat olan hər kəs tərəfindən asanlıqla həyata keçirilə bilən sadə və obyektiv bir ölçmədir.

Lakin daha əvvəl müzakirə edilən məhdudiyyətlərdən əlavə, nəzərə almaq lazımdır ki, BKİ aşağıdakı amilləri əhatə etmir:

  • Metabolik sindrom kimi piylənmə ilə əlaqəli xəstəliklərə təsir edən irsi risk faktorları.
  • Piylənmədən kənar, xroniki xəstəlik riskinə səbəb ola biləcək ətraf mühit və həyat tərzi amilləri.
  • Fərdi bədən yağının paylanması.

Həmçinin piylənmənin sağlamlığın qəti göstəricisi olmadığını, "normal" çəkidə olmağın sağlam olmaq demək olmadığını yadda saxlamaq lazımdır.

BKİ sizi müəyyənləşdirmir, amma BKİ-ni bilmək və anlamaq öz sağlamlığınıza nəzarət etmək üçün güclü bir vasitə ola bilər.

Çəkinizi və sağlamlıq vəziyyətinizi müzakirə etmək və hansı tədbirlərin görülməsinin lazım olduğunu qiymətləndirmək üçün həkiminizlə məsləhətləşin.

Nəticə

İnsanın bədən piyinin miqdarı ilə sağlamlığımıza təsiri arasında mühüm bir əlaqə var. Tədqiqatlar BKİ spektrinin hər iki ucunda- həm aşağı, həm də yüksək göstəricilərdə- sağlamlıq risklərini nümayiş etdirib.

Çəkidən asılı olmayan müxtəlif amillər xroniki xəstəliklərin (məsələn, etnik mənsubiyyət və genetika) inkişaf riskini artıra bilər. Bu amillərdən xəbərdar olmaq və xüsusilə piylənməsi olan şəxslərdə onların riskə necə töhfə verdiyini anlamaq vacibdir.

30-dan çox və ya ona bərabər BKİ səviyyələri ölüm hallarının artması və sağlamlıqla bağlı ağırlaşmalar riski ilə əlaqələndirilir. Buna görə də, piylənmə üzrə skrininqlər aparılarkən bu BKİ hədləri nəzərə alınmalıdır..

Yüksək BKİ-lərdə məhdud sağlamlıq problemləri yaşayan "metabolik cəhətdən sağlam" insanlar var. Buna baxmayaraq piylənmə, aşağı BKİ olanlarla müqayisədə bu qrupda da digər sağlamlıq risklərini artıra bilər.

Piylənmədən əziyyət çəkən insanların əksəriyyəti üçün metabolik sindrom üzrə müayinə tövsiyə olunur.

BKİ-nizi anlamaq səhiyyə komandanızla birlikdə sağlam çəki aralığını müəyyən etməyə və ona çatmaq və ya onu qorumaq üçün ən yaxşı yolu seçməyə kömək edə bilər. Əksər əhali qrupları üçün BKİ-nin 25-dən yuxarı olması sağlamlıq risk faktorlarını artırır.

BKİ-niz çəkiniz və boyunuzu anlamaq üçün bir rəhbər və ilkin addım kimi istifadə olunmalıdır. Hazırkı BKİ-nizdən asılı olmayaraq sağlam qidalanma və sağlam həyat tərzinə riayət etmək səhiyyə işçiləri tərəfindən tövsiyə olunur.

BKİ 25-ə bərabər və ya daha yüksək olduqda, pəhriz və fiziki məşqlərə əlavə olaraq digər tədbirlər də tələb oluna bilər. Sizin üçün ən uyğun həlləri müəyyən etməyin ən doğru yolu həkiminizə müraciət etməkdir.

Çəkiniz ilə bağlı hər hansı bir narahatlığınız varsa, tibbi məsləhət alın.

İstinadlar
  • Rueda-Clausen, C F et al, “Assessment of People Living with Obesity,” Can. Adult Obes. Clin. Pract. Guidel., pp. 1–17, 2020, [Online]. Available: http://obesitycanada.ca/wp-content/uploads/2020/09/6-Obesity-Assessment-v5-with-links.pdf
  • Yumuk, V et al, “European Guidelines for Obesity Management in Adults” Obes Facts. 2015 Dec; 8(6): 402–424. Published online 2015 Dec 5. doi: 10.1159/000442721
  • Garvey, W T et al, “American Association of Clinical Endocrinologists and American College of Endocrinology comprehensive clinical practice guidelines for medical care of patients with obesity.” Endocrine Practice 2016;22:1–203. DOI:https://doi.org/10.4158/EP161365.GL
  • Guh, D P et al, “The incidence of co-morbidities related to obesity and overweight: A systematic review and meta-analysis,” BMC Public Health, vol. 9, no. 1, p. 88, 2009, doi: 10.1186/1471-2458-9-88.
  • Prospective Studies Collaboration, “Body-mass index and cause-specific mortality in 900000 adults: collaborative analyses of 57 prospective studies,” Lancet, vol. 373, no. 9669, pp. 1083–1096, Mar. 2009, doi: 10.1016/S0140-6736(09)60318-4.
  • “Obesity Screening – Medline Plus, U.S. National Library of Medicine” Available: https://medlineplus.gov/lab-tests/obesity-screening/
  • “Assessing Your Weight and Health Risk – National Heart, Lung, and Blood Association – U.S. Department of Health & Human Services” Available: https://www.nhlbi.nih.gov/health/educational/lose_wt/risk.htm
  • Hussain, A et al, “Type 2 Diabetes and obesity: A review” Journal of Diabetology, June 2010; 2:1
  • Katzmarzyk, P T et al, “Body mass index and risk of cardiovascular disease, cancer and all-cause mortality” Can. J. Public Health, vol. 103, no. 2, pp. 147–151, 2012, doi: 10.1007/BF03404221.
  • Kurth, T et al, “Prospective Study of Body Mass Index and Risk of Stroke in Apparently Healthy Women,” Circulation, vol. 111, no. 15, pp. 1992–1998, Apr. 2005, doi: 10.1161/01.CIR.0000161822.83163.B6.
  • Landi, F et al, “Body Mass Index is Strongly Associated with Hypertension: Results from the Longevity Check-Up 7+ Study” Nutrients. 2018 Dec; 10(12): 1976. Published online 2018 Dec 13. doi: 10.3390/nu10121976
  • Dağ, Z Ö et al, “Impact of obesity on infertility in women,” J. Turkish Ger. Gynecol. Assoc., vol. 16, no. 2, pp. 111–117, Jun. 2015, doi: 10.5152/jtgga.2015.15232.
  • Moussa, O M et al, “Effect of body mass index on depression in a UK cohort of 363037 obese patients: A longitudinal analysis of transition,” Clin. Obes., vol. 9, no. 3, p. e12305, Jun. 2019, doi: https://doi.org/10.1111/cob.12305.
  • Zhao, G et al, “Depression and anxiety among US adults: associations with body mass index,” Int. J. Obes., vol. 33, no. 2, pp. 257–266, 2009, doi: 10.1038/ijo.2008.268.
  • Lamon-Fava, S et al, “Impact of Body Mass Index on Coronary Heart Disease Risk Factors in Men and Women,” Arterioscler. Thromb. Vasc. Biol., vol. 16, no. 12, pp. 1509–1515, Dec. 1996, doi: 10.1161/01.ATV.16.12.1509.
  • Van Hemelrijck, M et al, “Longitudinal study of body mass index, dyslipidemia, hyperglycemia, and hypertension in 60,000 men and women in Sweden and Austria” Published: June 13, 2018https://doi.org/10.1371/journal.pone.0197830
  • Loomis, A K et al, “Body Mass Index and Risk of Nonalcoholic Fatty Liver Disease: Two Electronic Health Record Prospective Studies,” J. Clin. Endocrinol. Metab., vol. 101, no. 3, pp. 945–952, Mar. 2016, doi: 10.1210/jc.2015-3444.
  • Zafar, S et al, “Correlation of gastroesophageal reflux disease symptoms with body mass index,” Saudi J. Gastroenterol., vol. 14, no. 2, pp. 53–57, Apr. 2008, doi: 10.4103/1319-3767.39618.
  • Han, T S et al, “A clinical perspective of obesity, metabolic syndrome and cardiovascular disease,” JRSM Cardiovasc. Dis., vol. 5, pp. 2048004016633371–2048004016633371, Feb. 2016, doi: 10.1177/2048004016633371.
  • Subak, L L et al, “Obesity and Urinary Incontinence: Epidemiology and Clinical Research Update” J Urol. 2009 Dec; 182(6 Suppl): S2–S7 doi: 10.1016/j.juro.2009.08.071
  • Romero-Corral, A et al, “Interactions Between Obesity and Obstructive Sleep Apnea - Implications for Treatment” Chest. 2010 Mar; 137(3): 711–719. doi: 10.1378/chest.09-0360
  • Herrington, W G et al, “Body-mass index and risk of advanced chronic kidney disease: Prospective analyses from a primary care cohort of 1.4 million adults in England,” PLoS One, vol. 12, no. 3, p. e0173515, Mar. 2017, [Online]. Available: https://doi.org/10.1371/journal.pone.0173515.
  • Bhaskaran, K et al, “Body-mass index and risk of 22 specific cancers: a population-based cohort study of 5.24 million UK adults,” Lancet, vol. 384, no. 9945, pp. 755–765, Aug. 2014, doi: 10.1016/S0140-6736(14)60892-8.
  • Zheng, H et al, “Body mass index and risk of knee osteoarthritis: Systematic review and meta-analysis of prospective studies,” BMJ Open, vol. 5, no. 12, 2015, doi: 10.1136/bmjopen-2014-007568.
  • Su, Y P et al, “Strong association between metabolically-abnormal obesity and gallstone disease in adults under 50 years” BMC Gastroenterol 19, 117 (2019). https://doi.org/10.1186/s12876-019-1032-y
  • Yang, G et al, “The effects of obesity on venous thromboembolism: A review” Open J Prev Med. 2012 Nov; 2(4): 499–509. doi: 10.4236/ojpm.2012.24069
  • Bai, L et al, “Incident gout and weight change patterns: a retrospective cohort study of US adults” Arthritis Res Ther. 2021; 23: 69. Published online 2021 Mar 2. doi: 10.1186/s13075-021-02461-7
  • Klatsky, A L et al, “Body Mass Index and Mortality in a Very Large Cohort: Is It Really Healthier to Be Overweight?,” Perm. J., vol. 21, pp. 16–142, 2017, doi: 10.7812/TPP/16-142.
  • Heymsfield, S B et al, “Why are there race/ethnic differences in adult body mass index-adiposity relationships? A quantitative critical review,” Obes. Rev., vol. 17, no. 3, pp. 262–275, Mar. 2016, doi: 10.1111/obr.12358.
  • “Ethnic Differences in BMI and Disease Risk | Obesity Prevention Source | Harvard T.H. Chan School of Public Health.” [Online]. Available: https://www.hsph.harvard.edu/obesity-prevention-source/ethnic-differences-in-bmi-and-disease-risk/
  • Cossrow, N et al, “Race/Ethnic Issues in Obesity and Obesity-Related Comorbidities,” J. Clin. Endocrinol. Metab., vol. 89, no. 6, pp. 2590–2594, Jun. 2004, doi: 10.1210/jc.2004-0339.
  • “Appropriate body-mass index for Asian populations and its implications for policy and intervention strategies – Public Health – WHO international” Available: https://www.who.int/nutrition/publications/bmi_asia_strategies.pdf
  • Deurenberg-Yap, M et al, “The paradox of low body mass index and high body fat percentage among Chinese, Malays and Indians in Singapore.” Int J Obes Relat Metab Disord. 2000 Aug;24(8):1011-7. doi: 10.1038/sj.ijo.0801353. PMID: 10951540.
  • Valentino, G et al, “Body fat and its relationship with clustering of cardiovascular risk factors” Nutr Hosp. 2015;31(5):2253-2260 ISSN 0212-1611 • CODEN NUHOEQ S.V.R. 318
  • Lear, S A et al, “Ethnic Variation in Fat and Lean Body Mass and the Association with INS Resistance” The Journal of Clinical Endocrinology & Metabolism, Volume 94, Issue 12, 1 December 2009, Pages 4696–4702, https://doi.org/10.1210/jc.2009-1030
  • Tillin, T et al, “The relationship between metabolic risk factors and incident cardiovascular disease in Europeans, South Asians, and African Caribbeans: SABRE (Southall and Brent Revisited) -- a prospective population-based study,” J. Am. Coll. Cardiol., vol. 61, no. 17, pp. 1777–1786, Apr. 2013, doi: 10.1016/j.jacc.2012.12.046.
  • Tanne, D et al, “Body Fat Distribution and Long-Term Risk of Stroke Mortality” Stroke. Originally published 31 Mar 2005 https://doi.org/10.1161/01.STR.0000162584.39366.1c
  • Chen, Y et al, “Association between body mass index and cardiovascular disease mortality in east Asians and south Asians: pooled analysis of prospective data from the Asia Cohort Consortium,” BMJ  Br. Med. J., vol. 347, p. f5446, Oct. 2013, doi: 10.1136/bmj.f5446.
  • Wen, C P et al, “Are Asians at greater mortality risks for being overweight than Caucasians? Redefining obesity for Asians” Public Health Nutrition, 12(4), 497-506. doi:10.1017/S1368980008002802
  • J. S. for the S. of O. The Examination Committee of Criteria for `Obesity Disease’ in Japan, “New Criteria for `Obesity Disease’ in Japan,” Circ. J., vol. 66, no. 11, pp. 987–992, 2002, doi: 10.1253/circj.66.987.
  • Zheng, W et al, “Association between Body-Mass Index and Risk of Death in More Than 1 Million Asians,” N. Engl. J. Med., vol. 364, no. 8, pp. 719–729, Feb. 2011, doi: 10.1056/NEJMoa1010679.
  • Aekplakorn, W et al, “Obesity indices and cardiovascular risk factors in Thai adults.” Int J Obes 30, 1782–1790 (2006). https://doi.org/10.1038/sj.ijo.0803346
  • Choi, S E et al, “Do Risk Factors Explain the Increased Prevalence of Type 2 Diabetes Among California Asian Adults?” J Immigr Minor Health. 2011; 13(5): 803–808. Published online 2010 Oct 9. doi: 10.1007/s10903-010-9397-6
  • Swinburn, B et al, “Body size and composition in Polynesians” Int J Obes 23, 1178–1183 (1999). https://doi.org/10.1038/sj.ijo.0801053
  • Young, D R et al, “Associations of overweight/obesity and socioeconomic status with hypertension prevalence across racial and ethnic groups,” J. Clin. Hypertens., vol. 20, no. 3, pp. 532–540, Mar. 2018, doi: https://doi.org/10.1111/jch.13217.
  • Maskarinec, G et al, “Diabetes Prevalence and Body Mass Index Differ by Ethnicity: The Multiethnic Cohort” Ethn Dis. 2009; 19(1): 49–55. PMCID: PMC2702477
  • Aleman-Mateo, H et al, “Elderly Mexicans have less muscle and greater total and truncel fat compared to African-Americans and Caucasians with the same BMI” J Nutr Health Aging. 2009 Dec; 13(10): 919. doi: 10.1007/s12603-009-0252-1
  • Cossrow, N et al, “Race/Ethnic Issues in Obesity and Obesity-Related Comorbidities” The Journal of Clinical Endocrinology & Metabolism, Volume 89, Issue 6, 1 June 2004, Pages 2590–2594, https://doi.org/10.1210/jc.2004-0339
  • Berber, A et al, “Anthropometric indexes in the prediction of type 2 diabetes mellitus, hypertension and dyslipidaemia in a Mexican population,” Int. J. Obes., vol. 25, no. 12, pp. 1794–1799, 2001, doi: 10.1038/sj.ijo.0801827.
  • Chirinos, D A et al, “Defining Abdominal Obesity as a Risk Factor for Coronary Heart Disease in the U.S.: Results From the Hispanic Community Health Study/Study of Latinos (HCHS/SOL)” Diabetes Care Aug 2020, 43 (8) 1774-1780; DOI: 10.2337/dc19-1855
  • Elo, I T et al, “The Contribution of Weight Status to Black-White Differences in Mortality” Biodemography Soc Biol. 2017; 63(3): 206–220. doi: 10.1080/19485565.2017.1300519
  • “9 The evidence | BMI: preventing ill health and premature death in black, Asian and other minority ethnic groups | Guidance | NICE.” [Online]. Available: https://www.nice.org.uk/guidance/ph46/chapter/9-The-evidence.
  • Alammar, M et al, “Diagnostic Accuracy of Body Mass Index (BMI) When Diagnosing Obesity in a Saudi Adult Population in a Primary Care Setting, Cross Sectional, Retrospective Study” Diabetes Metab Syndr Obes. 2020; 13: 2515–2520. Published online 2020 Jul 14. doi: 10.2147/DMSO.S263063
  • Bennet, L et al, “BMI and waist circumference cut-offs for corresponding levels of INS sensitivity in a Middle Eastern immigrant versus a native Swedish population – the MEDIM population based study” BMC Public Health. 2016; 16: 1242. Published online 2016 Dec 9. doi: 10.1186/s12889-016-3892-1
  • Al-Raddadi, R et al, “The prevalence of obesity and overweight, associated demographic and lifestyle factors, and health status in the adult population of Jeddah, Saudi Arabia,” Ther. Adv. Chronic Dis., vol. 10, p. 2040622319878997, Jan. 2019, doi: 10.1177/2040622319878997.
  • Abell, J E et al, “Differences in Cardiovascular Disease Mortality Associated With Body Mass Between Black and White Persons,” Am. J. Public Health, vol. 98, no. 1, pp. 63–66, Jan. 2008, doi: 10.2105/AJPH.2006.093781.
  • Batsis, J A et al, “Diagnostic Accuracy of Body Mass Index to Identify Obesity in Older Adults: NHANES 1999–2004” Int J Obes (Lond). 2016 May; 40(5): 761–767. Published online 2015 Dec 1. doi: 10.1038/ijo.2015.243
  • Michigan State University. "BMI Not Accurate Indicator Of Body Fat, New Research Suggests." ScienceDaily. ScienceDaily, 7 March 2007. Available: www.sciencedaily.com/releases/2007/03/070305202535.htm
  • Sperrin, M et al, “Body mass index relates weight to height differently in women and older adults: serial cross-sectional surveys in England (1992-2011)” J. Public Health (Oxf)., vol. 38, no. 3, pp. 607–613, Sep. 2016, doi: 10.1093/pubmed/fdv067.
  • Weir CB, et al, “BMI Classification Percentile And Cut Off Points.” In: StatPearls [Internet]. Treasure Island (FL): StatPearls Publishing; 2021 Jan
  • “What Is My Ideal Body Fat Percentage? - Healthline” [Online] Available: https://www.healthline.com/health/exercise-fitness/ideal-body-fat-percentage
  • Nuttall, F Q. “Body Mass Index: Obesity, BMI, and Health: A Critical Review” Nutr Today. 2015 May; 50(3): 117–128. Published online 2015 Apr 7. doi: 10.1097/NT.0000000000000092
  • Karastergiou, K et al, “Sex differences in human adipose tissues – the biology of pear shape,” Biol. Sex Differ., vol. 3, no. 1, p. 13, 2012, doi: 10.1186/2042-6410-3-13.
  • Nauli, A M et al, “Why Do Men Accumulate Abdominal Visceral Fat?” Front. Physiol., vol. 10, p. 1486, Dec. 2019, doi: 10.3389/fphys.2019.01486.
  • Thorpe Jr., R J et al, “Aging, Obesity, and Mortality: Misplaced Concern About Obese Older People?” Res Aging. 2004 Jan 1; 26(1): 108–129. doi: 10.1177/0164027503258738
  • Yanovski, J A “Pediatric obesity. An introduction” Appetite. 2015 Oct 1; 93: 3–12. Published online 2015 Mar 30. doi: 10.1016/j.appet.2015.03.028
  • “About Child & Teen BMI – Center for Disease Control and Prevention” Available: https://www.cdc.gov/bmi/faq
  • Chung, S “Growth and Puberty in Obese Children and Implications of Body Composition” J Obes Metab Syndr. 2017 Dec; 26(4): 243–250. Published online 2017 Dec 30. doi: 10.7570/jomes.2017.26.4.243
  • St-Onge, M P et al, “Body composition changes with aging: The cause or the result of alterations in metabolic rate and macronutrient oxidation?” Nutrition. 2010 Feb; 26(2): 152–155. Published online 2009 Dec 8. doi: 10.1016/j.nut.2009.07.004
  • Studenski, S A et al, “The FNIH sarcopenia project: rationale, study description, conference recommendations, and final estimates,” J. Gerontol. A. Biol. Sci. Med. Sci., vol. 69, no. 5, pp. 547–558, May 2014, doi: 10.1093/gerona/glu010.
  • McKee, A et al, “Obesity in the Elderly” In: Endotext [Internet]. South Dartmouth (MA): MDText.com, Inc.; 2000.
  • Van Der Valk, E S et al, “A comprehensive diagnostic approach to detect underlying causes of obesity in adults” Obesity Reviews First published: 01 March 2019 https://doi.org/10.1111/obr.12836
  • Hetherington-Rauth, M et al, “Comparison of direct measures of adiposity with indirect measures for assessing cardiometabolic risk factors in preadolescent girls” Nutr J. 2017; 16: 15. Published online 2017 Feb 23. doi: 10.1186/s12937-017-0236-7
  • Janssen, I et al, “Waist circumference and not body mass index explains obesity-related health risk” The American Journal of Clinical Nutrition, Volume 79, Issue 3, March 2004, Pages 379–384, https://doi.org/10.1093/ajcn/79.3.379
  • Robert Ross et al, “Waist circumference as a vital sign in clinical practice: a Consensus Statement from the IAS and ICCR Working Group on Visceral Obesity” Nat Rev Endocrinol. 2020; 16(3): 177–189. Published online 2020 Feb 4. doi: 10.1038/s41574-019-0310-7
  • “Why is my waist size important? - NHS.” [Online]. Available: https://www.nhs.uk/common-health-questions/lifestyle/why-is-my-waist-size-important/.
  • “Metabolic syndrome - Symptoms and causes - Mayo Clinic.” [Online]. Available: https://www.mayoclinic.org/diseases-conditions/metabolic-syndrome/symptoms-causes/syc-20351916
  • “Metabolic Syndrome – Cedars Sinai” [Online]. Available: https://www.cedars-sinai.org/health-library/diseases-and-conditions/m/metabolic-syndrome.html
  • “Metabolic Syndrome | NHLBI, NIH.” [Online]. Available: https://www.nhlbi.nih.gov/health-topics/metabolic-syndrome
  • “HDL cholesterol: How to boost your ‘good’ cholesterol - Mayo Clinic.” [Online]. Available: https://www.mayoclinic.org/diseases-conditions/high-blood-cholesterol/in-depth/hdl-cholesterol/art-20046388.
  • Yanai, H et al, “The underlying mechanisms for development of hypertension in the metabolic syndrome” Nutr J. 2008; 7: 10. Published online 2008 Apr 17. doi: 10.1186/1475-2891-7-10
  • “What is Cardiovascular Disease? | American Heart Association.” [Online]. Available: https://www.heart.org/en/health-topics/consumer-healthcare/what-is-cardiovascular-disease
  • “Type 2 Diabetes - Symptoms | ADA.” [Online]. Available: https://www.diabetes.org/diabetes/type-2/symptoms.
  • Arenillas, J F et al, “The Metabolic Syndrome and Stroke - Potential Treatment Approaches” Stroke Originally published 31 May 2007 https://doi.org/10.1161/STROKEAHA.106.480004
  • Lin, H et al, “The prevalence, metabolic risk and effects of lifestyle intervention for metabolically healthy obesity: a systematic review and meta-analysis: A PRISMA-compliant article” Medicine (Baltimore). 2017 Nov; 96(47): e8838. Published online 2017 Nov 27. doi: 10.1097/MD.0000000000008838
  • Hinnouho, G M et al, “Metabolically healthy obesity and risk of mortality: does the definition of metabolic health matter?,” Diabetes Care, vol. 36, no. 8, pp. 2294–2300, Aug. 2013, doi: 10.2337/dc12-1654.
  • Eknoyan, G. “Adolphe Quetelet (1796–1874) — the average man and indices of obesity” Nephrology Dialysis Transplantation, Volume 23, Issue 1, January 2008, Pages 47–51, https://doi.org/10.1093/ndt/gfm517
  • Abou Ziki, M D et al, “Metabolic Syndrome: Genetic Insights into Disease Pathogenesis” Curr Opin Lipidol. 2016 Apr; 27(2): 162–171. doi: 10.1097/MOL.0000000000000276
  • Kolb, H et al, “Environmental/lifestyle factors in the pathogenesis and prevention of type 2 diabetes.” BMC Med 15, 131 (2017). https://doi.org/10.1186/s12916-017-0901-x
  • Jensen, M D “Role of Body Fat Distribution and the Metabolic Complications of Obesity” J Clin Endocrinol Metab. 2008 Nov; 93(11 Suppl 1): S57–S63. doi: 10.1210/jc.2008-1585
  • Wildman, R P et al, “The Obese Without Cardiometabolic Risk Factor Clustering and the Normal Weight With Cardiometabolic Risk Factor Clustering: Prevalence and Correlates of 2 Phenotypes Among the US Population (NHANES 1999-2004),” Arch. Intern. Med., vol. 168, no. 15, pp. 1617–1624, Aug. 2008, doi: 10.1001/archinte.168.15.1617.
  • Bhaskaran, K et al, “Association of BMI with overall and cause-specific mortality: a population-based cohort study of 3.6 million adults in the UK” Lancet Diabetes Endocrinol. 2018 Dec; 6(12): 944–953. doi: 10.1016/S2213-8587(18)30288-2
  • https://obesitycanada.ca/wp-content/uploads/2021/05/6-Obesity-Assessment-v6-with-links.pdf 

KZ26OB00001

Bu məqalə nə qədər faydalı oldu?

Aşağıdakılar da sizin üçün maraqlı ola bilər

KZ26OB00001