Go to the page content
Piylənmə haqqında

Sağlam yuxu, sağlam həyat: Piylənmə ilə yaşayarkən yuxu apnesinin idarə olunması

Piylənmə və Obstruktiv Yuxu Apnesi (OYA), dünyada milyonlarla insanda olan və bir biri ilə əlaqəli olan sağlamlıq problemidir. Piylənmənin yuxu apnesinin inkişafına və şiddətinə necə təsir etdiyini anlamaq, habelə effektiv və davamlı müalicə variantlarını araşdırmaq ictimai səhiyyənin yaxşılaşdırılması üçün çox vacibdir.

4 dəq
Obesity and Obstructive Sleep Apnoea

Obstruktiv Yuxu Apnesi nədir?

Obstruktiv Yuxu Apnesi (OYA) yuxu zamanı insanın nəfəs almasının dəfələrlə dayandığı və  başladığı ümumi yuxu pozğunluğudur.

Piylənmə yuxu apnesinə necə təsir edir?

Piylənmə yuxu apnesinin  inkişafına səbəb olan ən əhəmiyyətli risk faktorlarından biridir. Artıq çəki, xüsusən də boyun və qarın ətrafında, yuxu zamanı hava yollarının tıxanmasına səbəb olan fiziki dəyişikliklərə səbəb ola bilər. Məsələn:

  • Artıq çəki: Boyun ətrafındakı yağ toxuması hava yollarını daralda və bu da yuxu zamanı nəfəs almaqda çətinlik yarada bilər.
  • Qarın toxuması: Çox miqdarda qarın toxuması diafraqmanı sıxaraq ağciyərin həcmini azalda və nəfəs almanı çətinləşdirə bilər.
  • İltihab: Piylənmə ilə əlaqəli iltihab həmçinin yuxarı tənəffüs yollarına da təsir göstərə bilər ki, bu da yuxu apnesi riskini artıra bilər.

Piylənmə ilə yuxu apnesi bir biri ilə əlaqəlidir: piylənmə yuxu apnesinə səbəb olur və müalicə olunmayan yuxu pozğunluğu ilə nəticələnə bilər ki, bu da çəki artımına səbəb ola bilər. Tədqiqatlar göstərir ki, piylənmədən əziyyət çəkən insanlar sağlam çəkiyə malik insanlarla müqayisədə tez-tez daha qısa və daha aşağı keyfiyyətli yuxu rejiminə malik olurlar. Yuxunun piylənməyə necə təsir etdiyi ilə maraqlanırsınızsa, bunu oxuyun.

Piylənmə və yuxu apnesində demoqrafik fərqlər

Cins, etnik mənsubiyyət və sosial-iqtisadi status kimi müxtəlif amillər yuxu apnesi və piylənmənin inkişaf riskinə təsir edə bilər.

  • Cinsi fərqlər: Kişilərdə yuxu apnesinin inkişaf riski qadınlara nisbətən daha yüksəkdir, buna baxmayaraq, menopozdan sonra hormonal dəyişikliklər səbəbindən qadınlarda risk artır.
  • Etnik fərqlər: Afroamerikalılar və ispandilli populyasiya kimi müəyyən etnik qruplarda digər qruplarla müqayisədə piylənmə və yuxu apnesinin yaranma nisbəti daha yüksəkdir. Buna genetik, mədəni və sosial-iqtisadi amillər təsir göstərir.
  • Yaş və sosial-iqtisadi status: Yaşlılar və aşağı sosial-iqtisadi mənşəli insanlar, orqanizmin tərkibində yaşla bağlı dəyişikliklər, eləcə də səhiyyə və sağlam həyat tərzi imkanlarına məhdud çıxış kimi amillərə görə daha yüksək risk altındadırlar.
Demographic differences in obesity and sleep apnoea

Uzunmüddətli müalicə üsulları

Həm piylənmə, həm də yuxu apnesinin müalicəsi həyat tərzində dəyişikliklər, tibbi müdaxilələr və bəzən cərrahiyyə əməliyyatı da daxil olmaqla çoxşaxəli yanaşma tələb edir. Özünüzdə və ya tanıdığınız birində yuxu apnesi olduğundan narahatsınızsa, həkiminizlə məsləhətləşin. Yuxu apnesini xroniki vəziyyət kimi idarə etmək uzunmüddətli müalicənin uğurunu təmin etməyə kömək edə bilər. Fruktoza ilə zəngin qarğıdalı siropu olan qidalardan çəkinmək və stresi azaltmaq kimi həyat tərzində davamlı dəyişikliklər də vacibdir.

  • Tənəffüs yollarında daimi təzyiq: Yuxu apnesinin müalicəsi adətən ilk variant olaraq təyin edilir, tənəffüs yollarında daimi təzyiq yuxu zamanı hava yollarını daim açıq saxlamaq üçün sabit hava axınını təmin edən maska ​​​​taxmağı nəzətdə tutur. Effektiv olsa da, bu prosedura uzun müddət riayət etmə bəzi insanlar üçün çətin ola bilər.
  • Cərrahi prosedurlar: Bəzi hallarda, tənəffüs yolunu açıq saxlamaq üçün artıq toxumanı çıxarmaq və ya çənənin yerini dəyişdirmək üçün əməliyyat lazım ola bilər. Lakin, əməliyyat adətən digər variantlar fayda vermədikdə, son çarə olaraq seçilir.
  • Davranış terapiyaları: Yuxusuzluq üçün koqnitiv-davranış terapiyası (KDT-1) yuxu rejimlərinin yaxşılaşdırılmasına kömək edə bilər ki, bu da çəkini idarə etməyə dolayı yolla dəstəkləyə bilər.

Piylənmə və obstruktiv yuxu apnesi arasındakı əlaqə mürəkkəbdir və fiziki, hormonal və demoqrafik təsirlər də daxil olmaqla bir çox amilləri əhatə edir. Bu əlaqəni anlamaq üçün həyat tərzində dəyişiklikləri effektiv tibbi müalicələrlə birləşdirən davamlı yanaşmalar tələb olunur. Arıqlamanı idarə etmək üçün addımlar atmaq yuxu apnesinə müsbət təsir göstərə, qarın və dildə toxuma miqdarını, eləcə də yuxarı tənəffüs yolundakı yumşaq toxumaların ölçüsünü azalda və buna görə də, sakit və fasiləsiz gecə yuxusunu təmin edə bilər. Piylənmənin yuxu apnesinə təsirini və əksinə təsiri anlamaqla, orqanizmimizi daha yaxşı tanıya bilərik və həkimlər daha dəqiq müdaxilə üsulları işləyib hazırlaya və nəticədə bu xəstəliklərdən təsirlənənlərin həyat keyfiyyətini yaxşılaşdıra bilərlər.

İstinadlar:
  1. Jehan S, Zizi F, Pandi-Perumal SR, Wall S, Auguste E, Myers AK, Jean-Louis G, McFarlane SI. Obstructive Sleep Apnea and Obesity: Implications for Public Health. Sleep Med Disord. 2017;1(4):00019. Epub 2017 Dec 12. PMID: 29517065; PMCID: PMC5836788.
  2. Vgontzas AN, Lin HM, Papaliaga M, Calhoun S, Vela-Bueno A, et al. Short sleep duration and obesity: the role of emotional stress and sleep disturbances. Int J Obes (Lond) 2008;32(5):801–809.
  3. Vorona RD, Winn MP, Babineau TW, Eng BP, Feldman HR, et al. Overweight and obese patients in a primary care population report less sleep than patients with a normal body mass index. Arch Intern Med. 2005;165(1):25–30.
  4. Jelic, S. et al. (2010) ‘Vascular inflammation in obesity and sleep apnea’, Circulation, 2010, pp. 1014–102. https://doi.org/10.1161/CIRCULATIONAHA.109.900357
  5. Lurie A. Obstructive sleep apnea in adults: epidemiology, clinical presentation, and treatment options. Adv Cardiol. 2011;46:1–42.
  6. Basoglu OK, Tasbakan MS. Gender differences in clinical and polysomnographic features of obstructive sleep apnea: a clinical study of 2827 patients. Sleep Breath. 2017:1–9.
  7. Amin A, Ali A, Altaf QA, Piya MK, Barnett AH, et al. Prevalence and Associations of Obstructive Sleep Apnea in South Asians and White Europeans with Type 2 Diabetes: A Cross-Sectional Study. J Clin Sleep Med. 2017;13(4):583–589.
  8. Redline S, Tishler PV, Hans MG, Tosteson TD, Strohl KP, et al. Racial differences in sleep-disordered breathing in African-Americans and Caucasians. Am J Respir Crit Care Med. 1997;155(1):186–192.
  9. Li KK, Kushida C, Powell NB, Riley RW, Guilleminault C. Obstructive Sleep Apnea Syndrome: A Comparison Between Far-East Asian and White Men. Laryngoscope. 2000;110(10):1689–1693
  10. Causes and risk factors (2024) National Heart Lung and Blood Institute. Available at: https://www.nhlbi.nih.gov/health/sleep-apnea/causes#:~:text=Age%3A%20Sleep%20apnea%20can%20occur%20at%20any%20age%2C,tongue%20and%20raise%20your%20risk%20of%20sleep%20apnea. Accessed September 2024
  11. Guglielmi, O., Lanteri, P. and Garbarino, S. (2019) ‘Association between socioeconomic status, belonging to an ethnic minority and obstructive sleep apnea: A systematic review of the literature’, Sleep Medicine, 57, pp. 100–106. doi:10.1016/j.sleep.2019.01.042.
  12. Jean Krieger, Daniel Kurtz, Christophe Petiau, Emilia Sforza, Daniel Trautmann, Long-Term Compliance With CPAP Therapy in Obstructive Sleep Apnea Patients and in Snorers, Sleep, Volume 19, Issue suppl_9, November 1996, Pages S136 – S143, https://doi.org/10.1093/sleep/19.suppl_9.S136
  13. Bettina Carvalho, Jennifer Hsia, Robson Capasso, Surgical Therapy of Obstructiv, Sleep Apnea: A Review, Neurotherapeutics, Volume 9, Issue 4, 2012, Pages 710-716, ISSN 1878-7479, https://doi.org/10.1007/s13311-012-0141-x
  14. Alexander Sweetman, Leon Lack, Peter G Catcheside, Nick A Antic, Simon Smith, Ching Li Chai-Coetzer, James Douglas, Amanda O’grady, Nicola Dunn, Jan Robinson, Denzil Paul, Paul Williamson, R Doug McEvoy, Cognitive and behavioral therapy for insomnia increases the use of continuous positive airway pressure therapy in obstructive sleep apnea participants with comorbid insomnia: a randomized clinical trial, Sleep, Volume 42, Issue 12, December 2019, zsz178, https://doi.org/10.1093/sleep/zsz178
  15. Henri Tuomilehto, Juha Seppä, Matti Uusitupa, Obesity and obstructive sleep apnea – Clinical significance of weight loss, Medicine Reviews, Volume 17, Issue 5, 2013, Pages 321-329, ISSN 1087-0792, https://doi.org/10.1016/j.smrv.2012.08.002.

KZ26OB00001

Bu məqalə nə qədər faydalı oldu?

Aşağıdakılar da sizin üçün maraqlı ola bilər

KZ26OB00001